Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

ABŞ İrana bu sanksiyaları ləğv edə bilər-ŞƏRTILƏR...

ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaların aradan qaldırılmasını diqqətlə nəzərdən keçirir.

Yenixeber.org: Bu barədə ABŞ-ın maliyyə naziri Canet Yelin Konqresdə keçirilən müzakirələr zamanı məlumat verib.

O nəzərə çatdırıb ki, İran üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyi təqdirdə bəzi sanksiyalar ləğv edilə bilər.

Xatırladaq ki, rəsmi Tehran üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bəyan edir. Lakin ilk növbədə sanksiyaların aradan qaldırılmasını tələb edir. İranın Prezidenti Həsən Ruhani bəyan edib ki, 2015-ci ildə İran ilə ABŞ və Avropa dövlətləri arasında “İranın nüvə proqramının məhdudlaşdırılması” haqqındakı müqavilədən ilk olaraq ABŞ birtərəfli qaydada çıxaraq sanksiyalar tətbiq edib. İran müqavilədən çıxmayıb. Bu səbəbdən də ilk addımı rəsmi Vaşinqton atmalıdır. Prezident qeyd edib ki, sanksiyaların aradan qaldırılmasından sonra İran bütün öhdəlikləri yerinə yetirməyə hazırdır.

Qeyd etmək lazımdır ki, Vyana danışıqları bu həftə də davam edəcək. Danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən xarici işlər nazirinin müavini Abbas Ərakçı bildirib ki, danışıqlar müsbət istiqamətdə davam edir. Lakin bir sıra məsələlər ətrafında mübahisələr mövcuddur ki, onlar barəsində də razılıq əldə olunmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam