Redaktor seçimi
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Günün xəbəri

BMT Əfqanıstanda qalmaqda qərarlıdır-FOTO

“BMT Əfqanıstanda qalmaqda qərarlıdır. Biz 60 ildən çoxdur ki, Əfqanıstandayıq və əfqanlarla çiyin-çiyinə dayanaraq onlara dəstəyimizi veririk”.

Yenixeber.org: Yerli büromuz xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında bildirib.

Sözçü Baş katibin BMT-nin bölgədəki əməkdaşlarının təhlükəsizliyinin qorunmasını və humanitar yardımların davam etdirilməsini vacib hesab etdiyini bildirib: “Əfqanıstanda insan haqlarının qorunması və humanitar yardımların çatdırılmasında irəlilləyiş əldə etmək vacibdir. BMT olaraq Əfqanıstanda son 20 ildə xüsusilə qadın hüquqlarının qorunması, qızların təhsilə və işə cəlb olunması, tibbi xidmət və digər mövzularda uğurlu nəticələr əldə etmişik. Əfqan xalqının təhlükəsizliyinin bərpası üçün onlara beynəlxaq dəstək lazımdır".

S.Dujarrik BMT-nin bölgədəki azərbaycanlı əməkdaşı Ramiz Ələkbərov vasitəsilə mütəmadi olaraq baş verənlərdən məlumatlandığını deyib: “BMT-nin Əfqanıstanda humanitar məsələlər üzrə koordinatoru Ramiz Ələkbərov sentyabrın 1-də canlı yayın vasitəsi ilə bizə bağlanacaq və bölgədəki vəziyyətlə bağlı son göstəriciləri təqdim edəcək”.(report)

Vüsalə Abbasova


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam