Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

AQTA -bir neçə restoranı cərimələyib

AQTA bir neçə restoranı cərimələyib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Yenixeber.org: AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 14-də ölkə üzrə 409 ictimai iaşə obyektində 707 monitorinq keçirilib. Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov ‎rayonu, Yusif Vəzir Çəmənzəminli küç., ev 7 ünvanında yerləşən, hüquqi şəxs “Ülvi-B” MMC-yə məxsus kafe;

2. Bakı şəhəri, Xəzər ‎rayonu, Binə ştq, Ə. Bayramov küçəsində yerləşən, fiziki şəxs Abbasov Mirsaleh Həbib oğluna məxsus dönər evi;

3. Bakı şəhəri, Nizami ‎ rayonu, Qara Qarayev pr., ev 74H ünvanında yerləşən, fiziki şəxs Eyvazova Səbinə Ədalət qızına məxsus kafe;

4. Bakı şəhəri, Nərimanov ‎rayonu, Ə. Rəcəbli küç., ev 2, m.19 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Vüqar Mirzəcan oğluna məxsus “Atlas Hotel” mehmanxanasının tərkibində restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam