Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Dünyada əlilliyi olan -1 milyard insan var

Dünyada əlilliyi olan 1 milyard insan var

BMT Baş katibi Antonio Quterreş Beynəlxalq Əlilliyi olan İnsanlar Günü münasibətilə müraciət edib.

Yenixeber.org: Müraciətdə deyilir:

"Əlilliyi olan insanların hüquqlarını, fəaliyyət və liderlik imkanlarını təmin etmək hər birimizin gələcəyinə müsbət təsir göstərəcək.

Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün hər kəsə, əlilliyi olan insanlara da ehtiyacımız var. Bütün dünyada əlilliyi olanlar insanlar və onları təmsil edən təşkilatlar fəaliyyətlərini “Bizə aid olan işlər bizsiz görülə bilməz” çağırışı əsasında qururlar.

Dünyada əlilliyi olan 1 milyard insanın üzləşdiyi bərabərsizliklər və maneələr COVID-19 dövründə daha qabarıq şəkildə özünü göstərib. Pandemiyanın ən çox mənfi təsir göstərdiyi qruplardan biri də onlardır.

Əlilliyi olan insanları da ehtiva edən pandemiyaya cavab tədbirləri və bərpa prosesinə elə məhz bu insanlar rəhbərlik etməlidir. Tərəfdaşlıqlar təsis etmək, ədalətsizlik və ayrı-seçkiliklə mübarizə aparmaq, texnologiyaya çıxış imkanlarını artırmaq, eləcə də daha inklüziv, əlçatan və dayanıqlı dünya qurmaq uğrunda çalışan təşkilatlara dəstək olmaq lazımdır.

Bütün ölkələri “Əlilliyi olan insanların hüquqları haqqında” Konvensiyanı icra etməyə, əlilliyi olan insanlar və onları təmsil edən təşkilatların fəal iştirakı ilə əlçatımlılıq imkanlarını genişləndirməyə, hüquqi, sosial, habelə iqtisadi maneələri aradan qaldırmağa çağırıram.

Gəlin, Beynəlxalq Əlilliyi olan İnsanlar Günündə heç kimi diqqətdən kənar qoymamaqla hər kəs üçün dayanıqlı, inklüziv və ədalətli gələcək qurmaq öhdəliyi götürək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam