Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Belaruslu səfir Ermənistan XİN-ə çağırılıb-SƏBƏB

Səfir    Lukaşenkonun təhqirinə    görə Ermənistan XİN-ə çağırılıb

Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk Ermənistan Xarici İşlər Nazirliyinə(XİN) çağırılıb. 
Yenixeber.org: Bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, əvvəlcə bu xəbər şaiyə kimi yayılsa da XİN axşam saatlarında Konyukun nazirliyə gəlməsi ilə bağlı məlumatı təsdiqləyib.
XİN sözçüsü Vaan Unanyan səfirin nazirlikdə olmasının səbəbini açıqlamayıb.

"Türk dünyası üçün arzuolunan dəhlizə çevrilmişik" - Zakaryan
- Lakin bizdə olan məlumata görə, bu, prezident Aleksandr Lukaşenkonun son bəyanatları ilə bağlıdır. Lukaşenkonun məlum açıqlamaları ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Unanyan öz Facebook səhifəsində yazıb ki, Belarus prezidentinin orijinal geosiyasi təhlilləri ilk növbədə onların öz daxili siyasi gündəliyinə xidmət etmək məqsədi daşıyır. Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, bu təhlillərin Ermənistana və onun xarici siyasətinə heç bir aidiyyəti yoxdur,-məqalədə yazılıb.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko “Solovyov Live” YouTube kanalına müsahibəsində bildirib ki, Ermənistan heç kimə lazım olmayan bir ölkəyə çevrilib. Onun sözlərinə görə, postsovet məkanının böyük hissəsinin sıx ittifaqda birləşməsi yaxın 15 ildə qaçılmazdır. Lukaşenko ölkəsinin artıq həmin ittifaqda olduğunu bildirib:

“Belarus artıq ümumi “təhlükəsizlik məkanında”dır və Qazaxıstana da “yaxşı dərs” oldu. Heç bir səhvə yol verilməsə, Ukrayna 15 il ərzində orada ola bilər. Ermənistanın getməyə yeri yoxdur. Sizcə onlar kiməsə lazımdır? Onlar bunu artıq görüblər. Azərbaycan bu qrupdan ona görə seçilir ki, biz də çoxlu səhvlərə yol vermişik. Təbii ki, Türkiyə Azərbaycanı çox ciddi dəstəkləyir. Qaz, neft Türkiyədən keçir... Türkmənistan, Özbəkistan və Tacikistan da, zənnimcə, iqtisadi zərurətə görə qoşulacaqlar”.

Lukaşenko qeyd edib ki, Belarus Rusiyadan müstəqil ola bilməz, çünki onun enerji resurslarından və bazarından asılıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam