Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Bu ölkə 2035-ci ildə yeni nüvə reaktorunu işə salacaq

   Fransada 2035-ci ilə qədər yeni nəsil nüvə reaktorları tikilib istifadəyə veriləcək.

Yenixeber.org: Bu barədə Fransa Prezidenti Emmanuel Makron ölkənin enerji sektorunun gələcəyi ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Fransa lideri enerji suverenliyinin artırılmasının zəruriliyini qeyd edib və yeni nəsil reaktorların hazırlanması planlarından danışıb.

Onun sözlərinə görə, bu texnologiya birinci nəsil EPR (Yeni nəsil Güc Reaktoru) reaktorlar ilə müqayisədə əhəmiyyətli irəliləyişə səbəb olacaq.

“Elektrik enerjisinə artan tələbatı və istismar müddətini uzatmaq mümkün olmayan nüvə reaktorları parkında dəyişiklikləri nəzərə alaraq, biz bu gündən etibarən yeni nüvə reaktoru proqramına başlayırıq. Mən altı EPR-2 reaktorunun tikilməsini və bu reaktor üzərində işə başlamağımızı istəyirəm. Gələcəkdə əlavə səkkiz EPR-2-nin tikintisini davam etdirəcəyik”, - deyə o bildirib.

Emmanue Makron bildirib ki, tikinti 2028-ci ildə başlayacaq və reaktor 2035-ci ildə işə düşəcək.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam