Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

İsraildən İrana sərt xəbərdarlıq:Lazım olan hər şey ediləcək

İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazım olan hər şeyi edəcəyinə söz verib.  

Yenixeber.org:Bu barədə Netanyahu "Twitter"də yayımladığı videomüraciətdə bildirib. 

“Mənim İrana və beynəlxalq ictimaiyyətə açıq mesajım var. İsrail İranda nüvə silahının yaranmasının qarşısını almaq üçün lazım olan hər şeyi edəcək”, - deyə İsrailin baş naziri vurğulayıb. 

Xatırladaq ki, İran ötən həftə yeni raketini nümayiş etdirib və onun İsraili hədəf ala biləcəyini iddia edib. Raketin uçuş məsafəsi 2 min km-dir. Buna cavab olaraq İsrail xəbərdarlıq edib ki, İranın istənilən hərbi obyekti İsrail silahları tərəfindən vurula bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam