Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Tokayev Şarl Mişellə görüşüb -FOTO

Tokayev Şarl Mişellə görüşdü

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşüb.

Yenixeber.org: Bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb.

Görüş “Mərkəzi Asiya – Avropa İttifaqı” sammiti çərçivəsində Qırğızıstanın Çolpan-Ata şəhərində baş tutub.

Mişeli salamlayan Kasım-Jomart Tokayev Qazaxıstan və Avropa İttifaqı arasında strateji tərəfdaşlığın prioritet xarakterini qeyd edib: "Qazaxıstan ilə Aİ arasında Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi dərin əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qoydu. Bu gün Aİ aparıcı ticarət tərəfdaşıdır və Qazaxıstan iqtisadiyyatının ən böyük investorudur".

Öz növbəsində, Mişel Avropa İttifaqı ilə Qazaxıstan arasında əməkdaşlığın artan dinamikasını yüksək qiymətləndirərək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün birgə işin zəruriliyini qeyd edib.

Həmçinin qlobal və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam