Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Türkiyəli deputatlar belə and içdi - MƏTN

Türkiyəli deputatlar and içdi -    MƏTN
Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) 28-ci çağırış üzvlərinin andiçmə mərasimi keçirilib.
Yenixeber.org: Məclis İstiqlal Marşının səslənməsi ilə başlayıb.
İlk olaraq iclasa sədrlik edən Dövlət Bağçalı and içib və ardınca Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyə Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Daha sonra deputatlar bir-bir and içməyə başlayıb. Millət vəkilləri and içərkən aşağıdakı mətni oxuyurlar:
"Dövlətin varlığını və müstəqilliyini, vətənin və millətin bölünməz bütövlüyünü, millətin qeyd-şərtsiz suverenliyini qoruyacağıma, qanunun aliliyinə, demokratik və dünyəvi Cümhuriyyətə, Atatürkün prinsiplərinə və inqilablarına sadiq qalacağıma, cəmiyyətin əmin-amanlığı və rifahı, milli həmrəylik və ədalət anlayışı, Konstitusiyaya sadiqlik şəraitində hər kəsin insan hüquq və əsas azadlıqlarından istifadə etmək idealından kənara çıxmayacağıma böyük türk milləti qarşısında namusum və şərəfim üzərinə and içirəm”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam