Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Spiker əhalinin çoxdan gözlədiyi qanunla bağlı tapşırıq verdi

Ölkədə sonsuz, övlad sahibi olmayan ailələrin sayı çoxalır və bu, ciddi problemdir. 

Yenixeber.org:  Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib. 

“Bu problem ailələr tərəfindən bizə bildirilib. Bununla əlaqədar neçə ailə dağılır. Ona görə də biz ən azı payız sessiyasında “Reproduktiv sağlamlıq haqqında qanun” layihəsini qəbul etməliyik. Tibbi sığorta ilə övladı olmayanlara bununla dəstək olunmalıdır. Türkiyədə belə bir təcrübə var. Amma bizdə dəstək göstərilmir. Bizim ölkədə edilən əməliyyatlar çox vəsait tələb edir. Ona görə də ailələr ciddi problemlərlə qarşılaşırlar. Bu məsələnin payız sessiyasında həll olunması arzuolunandır”. 

Spiker Sahibə Qafarova isə cavabında bildirib ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu məsələ ilə bağlı ciddi məşğul olacaq: “Bu məsələni komitədə işçi qaydada müzakirə edə bilərsiniz. Hesab edirəm ki, Əhliman bəy bununla ciddi məşğul olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam