Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

NATO Baş katibi:Əks-hücuma başlayan Ukrayna irəliləyir və daha çox torpaq azad edir

 

Ukrayna əks-hücuma başlayıb, indi hələ ilkin günlərdir. Biz deyə bilmərik ki, bu, müharibədə dönüş nöqtəsi olacaq.

Yenixeber.org:  Bu barədə NATO Baş katibi Yens Stoltenberq Alyansın müdafiə nazirlərinin iclasından əvvəl mətbuat konfransında bildirib.

“Biz görürük ki, ukraynalılar irəliləyir və daha çox torpaq azad edirlər. Biz anlayırıq ki, Ukraynanın döyüş meydanında qazandıqları onu masada daha güclü edəcək. Ukraynalılar daha çox torpaq azad etdikcə, Prezident Putin başa düşəcək ki, o, Ukraynada qalib gələ bilməyəcək və ədalətli sülh üçün danışıqlara başlamalıdır. Bu irəliləyiş Ukrayna hərbi qüvvələrinin cəsarətinin, gücünün sübutudur. Bu, eyni zamanda, göstərir ki, NATO müttəfiqlərinin verdiyi dəstək döyüş meydanında real fərq yaradır”, - Baş katib qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam