Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Kəşfiyyat Avropadakı rusları yaxından izləməlidir-Petr Pavel

 "Qərb kəşfiyyat orqanları Avropada yaşayan bütün rusları əvvəlkindən daha yaxından izləməlidir". 

Yenixeber.org: Bunu Çexiya prezidenti Petr Pavel “Azadlıq” radiosuna müsahibəsində bildirib. 

Nümunə kimi o, İkinci Dünya müharibəsi zamanı ABŞ-da yaponlara qarşı casusluq təcrübəsini göstərib. 

“Hesab edirəm ki, keçmişdə bir sıra dünya münaqişələrində olduğu kimi, davam edən müharibə zamanı da Rusiya vətəndaşları üçün təhlükəsizlik tədbirləri adi vaxtlardan daha sərt olmalıdır. Bu insanlara yazığım gələ bilər, amma eyni zamanda, İkinci Dünya müharibəsinin başladığı dövrə nəzər salsaq, ABŞ-da yaşayan bütün yapon əhalisi də ciddi nəzarət rejimi altında idi. Bu, sadəcə olaraq, müharibənin qiymətidir”, - Pavel əlavə edib. 

Qeyd edək ki, ABŞ-da 1942-ci ilin əvvəlində 120 000 yapon qərb sahilindən köçürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam