Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ağ Ev:“ABŞ Tehranla İranın nüvə sazişini müzakirə etmir”

“Vaşinqton İranın nüvə proqramı ətrafında vəziyyətin diplomatik yolla tənzimlənməsi ilə məşğul deyil və Tehranla razılaşmanı müzakirə etmir”.

Yenixeber.org:  Bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, hazırda iki dövlət arasında heç bir sövdələşmədən söhbət gedə bilməz:

“Onların (İranın - Qeyd) nüvə ambisiyaları ilə bağlı ABŞ prezidenti Cozef Bayden açıq şəkildə bildirib ki, biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. O, belə bir nəticəyə diplomatik yollarla nail olmağımıza üstünlük verərdi. Amma hazırda bu məsələdə diplomatiyaya fikir verilmir.

Mövcud vəziyyət o demək deyil ki, Bayden problemi diplomatiya yolu ilə həll etmək öhdəliyindən imtina edib. Bununla belə, prezident nüvə silahına malik İranın nəticəsinin mümkün olmadığına əmin olmaq üçün ixtiyarında başqa variantların olmasını istəyir”.

O əlavə edib ki, Vaşinqtonun həqiqətən də Tehranla apardığı danışıqlar sövdələşməyə deyil, İranda saxlanılan Amerika vətəndaşlarına aiddir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam