Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Parlamentdə Əli Əsədova çağırış edildi -Əhaliyə yardım ayırın!

 Rayonlarda əhali sığorta işinə birmənalı baxmır. 

Yenixeber.org:  Bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deputat Aqil Abbas bildirib. 

O, çıxışı zamanı Baş nazirdən kömək istəyib. 

“Rayonlarda kənd təsərrüfatı ilə məşğul olanların hər biri demək olar ki, 10-15 min manat ziyana düşüb. Əhali indi səhv edib, məhsulları sığortalatmayıb. Amma biz kənd əhalisi üçün nə etməliyik? Hörmətli Baş nazir Əli Əsədova müraciət edirəm ki, əhaliyə yardım ayrılsın. Əli müəllim, siz Gədəbəydə Söyüdlü kəndinə Komissiya göndərdiniz, birini də Ağcabədiyə göndərin. Komissiya görsün ki, orada vəziyyət necədir. Digər tərəfdən Milli Məclisdə bəzən deputatlar danışmağa qorxur. Jurnalistlər nə deyirik, o dəqiqə əleyhimizə istifadə edirlər. Sosial şəbəkələrdə birdə görürsən ki, anında haqqımızda məlumat çıxır”, - deyə deputat vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam