Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Zəlzələyə davamlı 650 min evi tamamlamaq əzmindəyik -Ərdoğan

Oktyabr-noyabr aylarından etibarən zəlzələ evlərinin təhvil verilməsinə başlayacağıq. 

Yenixeber.org:  Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib. 

Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsi ilə bağlı deyib: "İnşaat və bərpa işlərimiz tam sürətlə davam edir. İnşallah oktyabr-noyabr aylarından etibarən zəlzələ evlərinin ilk hissəsinin təhvil verilməsinə başlayacağıq". 

Prezident Rəcəb Tayyib Ərdoğan 6 Fevral zəlzələlərinin ürəkləri yandırdığı bu aylarda Qurban bayramının vətəndaşlar arasında qardaşlıq mühitini daha da gücləndirəcəyinə inandığını bildirib. 

Zəlzələ faciəsində həyatını itirən 50 mindən çox vətəndaşı rəhmətlə anan Ərdoğan, ailələrinə səbr diləyib. 

Zəlzələnin yaralarının sağalması və zəlzələdən zərər çəkənlərin ən qısa zamanda yeni evlərini tapması üçün səylərini davam etdirdiklərini ifadə edən Türkiyə Prezidenti Arxada qoyduğumuz seçki dövründə də bu həssaslığı qoruyub saxladığını söyləyib. 

Tikinti və bərpa işlərinin tam sürətlə davam etdiyini vurğulayan Rəcəb Tayyib Ərdoğan bildirib ki, cəmi 650 min zəlzələ evi, bunun 319 mini ilk 1 il içində olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam