Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Erməni deputat gileyləndi:"İrəvanla Xankəndi arasında uçurum yaranıb"

Ermənistan parlamentinin İnsan Hüquqlarının Müdafiəsi Daimi Komissiyasının sədri Taqui Tovmasyan diqqət çəkən açıqlamalar verib.
Yenixeber.org: O, Ermənistan və Qarabağdakı separatçıların rəhbərləri arasında uçurum yarandığını deyib.
Tovmasyan Ermənistan hakimiyyətini Qarabağla əlaqələri kəsməyə cəhddə ittiham edib. Deputat qeyd edib ki, əslində kimin kimə neçə dəfə zəng etməsi, zəng edənlərə cavab verilib-verilməməsi barədə əlində konkret faktlar yoxdur.
Onun sözlərinə görə, əsas faciə xalqın keçmiş Qarabağ münaqişəsi ilə bağlı vahid təsəvvürə malik olmamasındadır.
“Ermənistan hakimiyyətinin Qarabağdakılarla yaranmış fikir ayrılığı onların arasında əlaqənin kəsildiyini deməyə haqq qazandırır”, - Tovmasyan bildirib.
Qeyd edək ki, separatçıların qondarma "deputat"ı Metaxe Akopyan bir müddət əvvəl bəyan etmişdi ki, Laçın dəhlizində problem yaranandan sonra Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağdakı "həmkarı" Artur Tovmasyanla danışmayıb. Simonyan və Nikol Paşinyanın ofisi bu məlumatı təkzib etsə də, müxalif media sülh danışıqları fonunda İrəvanın Bakının təzyiqi altında Xankəndidən açıq şəkildə uzaqlaşmağa çalışdığını yazır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam