Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

İraq XİN başçısı:“Qoşulmama Hərəkatının prinsiplərini dəstəkləyirik”

“İraq Qoşulmama Hərəkatının prinsiplərini, eləcə də gələcək planlarını dəstəkləyir”.

Yenixeber.org:  Bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısında İraqın xarici işlər naziri, Baş nazirin müavini Fuad Hüseyn deyib.

“Qoşulmama Hərəkatı təşkilatı sülh, sabitlik və təhlükəsizliyi təmin etməklə müxtəlif çətinliklərin öhdəsindən gəldiyini sübut edib”, - o vurğulayıb.

F.Hüseyn müasir dünyanın üzləşdiyi çağırışlar qarşısında birləşməyin zəruri olduğunu qeyd edib.

XİN rəhbəri əlavə edib ki, Ukrayna müharibəsi dünyada ərzaq, enerji təhlükəsizliyinə zərbə vurub və bu, aclığa səbəb ola bilər.

Nazir İraqın ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində atdığı addımlardan danışıb.

F.Hüseyn İsveçdə Qurani-Kərimin yandırılmasını qətiyyətlə pisləyib və bütün ölkələri islamofobiya ilə mübarizəyə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam