Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Səfirlik: Almaniya Bakı və İrəvanı sülhə nail olmaq səylərində bundan sonra da dəstəkləyəcək

Almaniya Azərbaycan və Ermənistanı sülhə nail olmaq səylərində bundan sonra da dəstəkləyəcək.

Yenixeber.org: Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi Berlində separatçı xarakter daşıyan “Təhlükə altında olan Dağlıq Qarabağın mədəni irsinin qorunması” adlı ermənipərəst tədbirin keçirilməsi planları barədə açıqlamasında bildirib.

Diplomatik nümayəndəlik tədbirin Almaniyanın qeyri-hökumət təşkilatları tərəfindən təşkil edildiyini və ölkənin hakimiyyət orqanları ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb:

“Almaniya hökumətinin Azərbaycan və Ermənistan arasında münaqişənin həlli ilə bağlı mövqeyinə gəlincə, Almaniya sülhə nail olmaq üçün hər iki ölkəni dəstəkləməyə davam edəcək. Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşündə deyib ki, Ermənistan və Azərbaycanın uzun illər davam edən ağrılı münaqişədən sonra indi uzunmüddətli sülhə nail olmaq imkanı var”.

Xatırladaq ki, daha əvvəl tədbirin təşkilatçılarının Alman Xarici Əlaqələr Şurası (DGAP) və Konrad Adenauer Fondu olduğu barədə xəbər verib.

DGAP-ın maliyyə hesabatına əsasən, şura öz fəaliyyəti üçün federal hökumətdən qrantlar da alır.(“Report”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam