Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri də 4 kənddən -DANIŞDI

 

Delimitasiya və demarkasiyanın məqsədi bir tərəfdə Ermənistan, digər tərəfdə Azərbaycan olmaqla, sərhəd xəttini dəqiq müəyyən etməkdir.

Yenixeber.org xəbər verir ki, bunu martın 13-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.

“Hər iki tərəf üçün məqbul olan, bu proses üçün əsas olacaq hüquqi xəritəni götürməkdir”, - o əlavə edib.

Ermənistanın baş naziri Nikol Paşinyanın infrastrukturların Ermənistan ərazisindən keçməsi üçün yenidən qurulmalı olduğu barədə bəyanatına toxunan nazir qeyd edib:

“Bu ərazilərdə yollar və ya digər infrastrukturlar sərhədə kifayət qədər yaxındır. Bəzi yerlərdə ola bilər ki, onlar sərhədi keçsinlər, bu o deməkdir ki, bəzi hissələrdə yenidən strukturlaşma məsələsi yarana bilər. Söhbət bu gün istifadədə olan yoldan gedir”.

Ermənistana daxil olan yalnız yollar və ya qaz kəmərinin marşrutunun dəyişdirilməli olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala nazir belə cavab verib: “İş aparılmalıdır, onun nəticələrinə əsasən aydın olacaq ki, söhbət yalnız yoldan gedir, ya yox. Hələ bu işlərə başlanmayıb”.

“Hələ heç nə aydın deyilsə, komissiyaların hələ görəcəyi işlər varsa, o zaman baş nazir niyə bu 4 kəndin Ermənistan Respublikası ərazisində yerləşmədiyini söyləməyə tələsib” sualına Sanosyan belə cavab verib: “Baxmayaraq ki, iş gedir və hələ tamamlanmayıb, amma müəyyən xəritələr var ki, nəyisə göstərir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam