Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Avropa Parlamenti Rusiyadakı seçkilərə müşahidəçi göndərməyəcək

Rusiyada prezident seçkiləri üçün bu qədər pul xərclənəcək

Avropa Parlamenti Rusiyadakı seçkilərə müşahidəçi göndərməyəcək.

Yenixeber.org xəbər verir ki, "Avropa Parlamenti bu seçki prosesini müşahidə etməyəcək və buna görə də nə prosesin özünü, nə də nəticələrini şərh etməyəcək. Avropa Parlamentinin heç bir üzvünə bu seçki prosesini müşahidə etmək səlahiyyəti verilməyib", - deyə qeyd olunub.

Sənəddə vurğulanır ki, Avropa Parlamentinin hər hansı üzvü bu seçkilərlə bağlı şərh vermək qərarına gələrsə, onlar bunu öz təşəbbüsü ilə edəcək və heç bir halda öz bəyanatlarında və ya hərəkətlərində Avropa Parlamentinə istinad etməməlidirlər.

Moskva dəfələrlə rusiyayönümlü partiyalardan olan avropalı siyasətçiləri seçkilərə “müşahidəçi” kimi cəlb edib. Məsələn, radikal ultra-sağçı Almaniya üçün Alternativ Partiyasından (AfD) Bavariya əyalət parlamentinin üç üzvü - Andreas Jurka, Elena Run və Ulrix Sinqer bu məqsədlər üçün Rusiyaya gediblər. Deputatların səfəri hətta öz partiyalarında da tənqid olunub.(Deutsche Welle)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam