Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Yaxın vaxtlarda bir neçə dərman müəssisəsi istifadəyə veriləcək

“Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliklərdən sonra ölkəmizdə dərman istehsalı sənayesinin yaradılmasının şahidi olduq. Artıq bir neçə dərman istehsalı müəssisəsi istifadəyə verilib, bir neçəsinin isə yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin martın 14-də keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanun layihəsinin müzakirəsində çıxış edərkən deyib.

Komitə sədri dərman istehsalı müəssisələrinin yaradılmasında təkcə azərbaycanlı sahibkarların iştirak etmədiyini, həmçinin bu işə dünyada tanınmış şirkətlərin də cəlb olunduğunu vurğulayıb.

Belə müəssisələrin istifadəyə verilməsi keyfiyyətli dərman istehsalına, xaricdən ölkəyə gətirilən dərmanların sayının azalmasına gətirib çıxaracaq. Eyni zamanda, bu hal yaxın vaxtlarda dərmanların qiymətinin aşağı düşməsinə də səbəb olacaq, deyib komitə sədri.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam