Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Göyçayda kollecə direktor təyin olundu

 

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə yeni direktor təyin olunub

Yenixeber.org xəbər verir ki, bu barəd ə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Agentlik direktorunun müvafiq əmri ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tarix müəllimi Samir Dadaşov Kollecin direktoru vəzifəsinə təyin edilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində yeni direktorla görüş keçirilib və görüşdə Kollecdə baş verən neqativ hallar, mövcud olan nöqsanlar barədə onunla müzakirələr aparılıb. Tədrisin şəffaf, obyektiv və keyfiyyət prinsipləri əsasında təşkili kimi məsələlər Kollec rəhbərinin qarşısına ciddi tələb olaraq qoyulub.

Qeyd edək ki, Samir Dadaşov 2001-ci ildə Bakı Dövlət Universitetinin "Tarix" ixtisası üzrə bakalavriat səviyyəsini, 2003-cü ildə isə eyni ixtisas üzrə həmin universitetin magistratura səviyyəsini fərqlənmə ilə bitirib. Həmin vaxtdan S.Dadaşov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində müəllim vəzifəsində çalışmağa başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam