Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ceyhun Bayramov XI Qlobal Bakı Forumunda çıxış edib

Ceyhun Bayramov XI Qlobal Bakı Forumunda çıxış edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XI Qlobal Bakı Forumu çərçivəsində təşkil olunmuş “Müharibə və sülhə dair: "realpolitik"in qayıdışı” mövzusunda panel müzakirəsində iştirak və çıxış edib.
Yenixeber.org: XİN-in yaydığı xəbərə görə, çıxışında nazir Ceyhun Bayramov hazırkı beynəlxalq münasibətlər sistemində mövcud böhran və çağırışları anlamaq, habelə onlara cavab vermək üçün birinci növbədə müasir sistemin necə çalışdığını, eyni zamanda öncəki sistemlərdən necə fərqləndiyini düzgün başa düşməyin vacib olduğunu qeyd edib.
İllər öncə qlobal təhdidlərlə mübarizə üçün mövcud olan bir sıra alətlərin, o cümlədən beynəlxalq təşkilatların bu gün yalnız məhdud sayda ölkənin maraqlarının ifadə olunması ilə selektiv yanaşma nümayiş etdirməsinin sözügedən mexanizmləri qeyri-effektiv etməklə yanaşı, onlara olan inamın sarsılmasına gətirib çıxardığı vurğulanıb.
Müasir beynəlxalq münasibətlər sisteminin öz milli maraqları, narahatlıqları olan çoxsaylı müstəqil ölkələrdən, yerləşdikləri bölgədə regional aktor, habelə "orta dövlət"ə çevrilən aktorlardan ibarət olduğu reallığının dərk edilməsinin əhəmiyyəti qeyd olunub.
Mövcud mexanizmlərin isə daha çox klassik çağırışlara cavab olaraq təsis edildiyi üçün iqlim dəyişikliyi kimi müasir, süni intellekt kimi qeyri-ənənəvi çağırışlarla mübarizədə məhsuldar ola bilmədiyi diqqətə çatdırılıb.
Hazırkı beynəlxalq münasibətlər konyukturunda mövcud beynəlxalq instrumentlərin özünü doğrultmaması fonunda ölkəmizin regional əməkdaşlığın inkişafına, xüsusilə qonşu dövlətlərlə tərəfdaşlığın möhkəmləndirilməsinə əhəmiyyət verdiyi vurğulanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam