Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Peter Mixalko: Aİ-nin Azərbaycanla əməkdaşlığında minalarla mübarizə prioritet sahədir

 

Avropa İttifaqının (Aİ) Azərbaycanla əməkdaşlığında minalarla mübarizə prioritet sahədir.

Yenixeber.org xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko “Avropa komandasının mina əleyhinə təşəbbüsü” adlı tədbirdə deyib.

O bildirib ki, minalardan təmizləmə davamlı regional inkişaf üçün vacibdir.

“Dinc, sabit Cənubi Qafqaz və Azərbaycan üçün bu, vacibdir. Mən fürsətdən istifadə edərək ANAMA və komandasına təşəkkür edirəm. Onlar özünü qurban verməyi tələb edən bu işə baş vurublar. Aİ ölkələrinə də minatəmizləmədəki dəstəklərinə görə təşəkkür edirəm. Avropa Komandasının mina əleyhinə təşəbbüsü bir çətir təşəbbüsüdür. Minaların təmizlənməsi insanların güzəranına mühüm təsir göstərir. Onların təbii resurslara çıxışını təmin edir”, - səfir qeyd edib.

P.Mixalko bildirib ki, minalarla bağlı məlumatlılığın artırılması xüsusilə qayıdış mərhələsində çox önəmlidir: "Biz bütün bu sahələrdə əlimizdən gələni etməyə hazırıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam