Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Qonşu ölkədə atom elektrik stansiyasının tikintisinə başlanılır 

İran yeni atom elektrik stansiyasının inşasına başlayıb

İran ölkənin cənub-qərbində yerləşən "Karun" atom elektrik stansiyasının birinci enerji blokunun tikintisinə başlayır.

Yenixeber.org: Bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami məlumat verib.

O bildirib ki, tikintinin əsas mərhələsi payızda başlayacaq. Birinci mərhələ təməl üçün betonun tökülməsi nəzərdə tutulub

“Nüvə stansiyasının tikintisi üzrə torpaq mülkiyyətinin sabitləşdirilməsi, hasarlanması, sahənin hazırlanması, emalatxananın təchiz edilməsi və icra işlərinin başlanması mərhələləri davam edir”, - deyə İslami jurnalistlərə bildirib.

Qeyd edək ki, İran 25 oktyabr 2023-cü ildə yeni atom elektrik stansiyasının tikintisinə başladığını elan edib. Atom elektrik stansiyasının gücü ən azı 300 MVt olacaq. 2041-ci ilə qədər hakimiyyət beş atom elektrik stansiyası tikməyi planlaşdırır. Bu gün ölkədə yalnız bir atom elektrik stansiyası fəaliyyət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam