Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Azərbaycanda yeni mərkəz yaradılır -Prezident fərman imzaladı

 

Azərbaycan Prezidenti İlham Əliyev Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması barədə Fərman imzalayıb.

Yenixeber.org-un məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxs yaradılacaq.

Fərmana əsasən, mərkəzin “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna uyğun olaraq tibb müəssisələrinin akkreditasiyası, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi üzrə tədbirlər görülməsi, habelə tibb müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişafı ilə bağlı dəstək xidmətləri göstərilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxs olması müəyyən edilib.

Mərkəzin təsisçisinin səlahiyyətləri Azərbaycan Prezidentinə verilib.

Fərmana əsasən, Nazirlər Kabineti qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, tibb müəssisələrinin akkreditasiyası ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Bundan başqa, Nazirlər Kabineti iki ay müddətində mərkəzin nizamnaməsini təsdiq edib Prezidentə məlumat verməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam