Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

Ermənistan müharibədən sonrakı reallığı dərk edərək sağ qaldı -Paşinyan

 

Ermənistanın Baş naziri Nikol Paşinyanın Respublika Günü münasibətilə xalqına təbrik ünvanlayıb.

Yenixeber.org xəbər verir ki, Paşinyan təbrikində 2020-ci ilin 44 günlük müharibəsindən sonrakı Ermənistan Respublikasından bəhs edib.
Bildirib ki, müharibədən sonra Ermənistan Respublikasından reallığı yeni dərk edərək, yeni düşüncə modellərinin formalaşması sayəsində sağ qaldı.

“Bu yeni təfəkkür formaları və yeni perspektivlər göstərir ki, daim dəyişən dünyada daim dəyişmək və inkişaf etmək, çağırışlara və məqsədlərə uyğun qərarlar qəbul etmək bacarığı dövlətin uzunömürlülüyünün düsturu, əsas şərtidir.

Hökumətimiz Ermənistan Respublikasına məhz bu yolla rəhbərlik edir və başa düşür ki, həyat qabiliyyətli olmaq dövlətçiliyi, özünəməxsusluğu, dəyərləri qorumaq və inkişaf etdirmək, azadlıq, təhlükəsizlik və rifah qura bilmək deməkdir.

Real Ermənistan strategiyası məhz bundan ibarətdir. Amma həm də o azadlıq kifayət deyil - ədalət lazımdır, təhlükəsizlik kifayət deyil - sülh lazımdır, firavanlıq kifayət deyil - xoşbəxtlik lazımdır, canlılıq kifayət deyil - şənlik lazımdır.

Ehtiyatlıyıq, çətin işlərlə məşğuluq, amma bu yolla gedirik. Çoxlarının fikrincə, biz yavaş-yavaş irəliləyirik. Biz fasiləsiz hərəkət edirik və üfüqdə əziz məqsədimizi görürük”, - Paşinyan deyib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam