Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

Həbsxanada görüşərik -Baqrat Qalstanyan Paşinyanı HƏDƏLƏDİ

 

Bilirəm ki, Paşinyanla (Ermənistanın baş naziri – red.) görüş proseduru var və mən ona həbsxanada baş çəkəcəyəm.

Yenixeber.org xəbər verir ki, bunu Ermənistanda keçirilən aksiyaların rəhbəri, “Vətən naminə” hərəkatının lideri, keşiş Baqrat Qalstanyan mayın 30-da İrəvandakı Respublika meydanında itaətsizlik etirazı zamanı jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, Paşinyanla hər gün görüş gözlənilir.

“Nə bu adamın, nə də Vahe Qazaryanın (Ermənistanın daxili işlər naziri - red.) cəsarətləri yoxdur”, - Qalstanyan qeyd edib.Qalstanyan sözlərinə görə, hazırda hökumətdə qanunsuz iclas çağırılıb.

“Bu adam hər cəhətdən tükənib: həm mənəvi, həm də hüquqi cəhətdən. Siz velosiped sürürdünüz, amma indi velosiped haradadır?”, - deyə hərəkatın lideri əlavə edib.

Qeyd edək ki, mayın 29-da Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib ki, əgər kimsə onunla görüşmək istəyirsə, qəbula yazıla bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam