Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olunub

Parlament İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib.

Yenixeber.org xəbər verir ki, qanun layihəsi Milli Məclisin mayın 31-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, sənədə yeni 405-1-ci və 451-1-ci maddələr əlavə edilir. Dəyişikliklərə görə, Mülki Məcəllədə nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Habelə, məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana verilməməsinə görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

Sənəddə, həmçinin bildirilir ki, "Tütün və tütün məmulatı haqqında" Qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyəti ilə məşğul olmağa görə vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam