Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

“Prezidentin adından istifadə edirlər” - Bu linklərə girməyin!

 

“Son günlər elektron informasiya resurslarında auditoriyanı çaşdırmaq məqsədilə yaradılmış hiperlinklər vasitəsilə yalan məlumatların tirajlanması halları müşahidə olunmaqdadır”​.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı açıqlamada bildirilib.

“Belə ki,  Azərbaycan Respublikasının Prezidentinin adından istifadə olunmaqla hazırlanan saxta müraciətdə istifadəçilərə maddi yardım vəd edilir və elektron hesab yaradaraq qeydiyyatdan keçməklə bu yardımdan faydalanmaq təklif edilir.

Bildiririk ki, qeyd olunan müraciət bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən kiberdələduzluq nümunəsidir.

Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və ictimai fəalları bu kimi hallarla bağlı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyalara qarşı sayıq olmağa çağırırıq”, - məlumatda vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam