Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

Ermənistan Azərbaycana sülh sazişi ilə bağlı növbəti layihəni təqdim edib

 

Ermənistan Azərbaycana sülh sazişi ilə bağlı növbəti layihəni təqdim edib.

Yenixeber.org-un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.

Nazir həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırdığını bildirib: "Danışıqlar prosesinin gedişi, sülh prosesi ətrafındakı danışıqlar, Alma-Ata danışıqları barədə məlumat verdim. Ondan öncə Azərbaycan Ermənistana növbəti saziş layihəsi ilə bağlı redaksiyanı təqdim etmişdi. Onun üzərində Alma-Atada danışıqlar həyata keçirilmişdi. Bir neçə gün bundan öncə Ermənistan tərəfindən sülhlə bağlı növbəti layihəni almışıq. Onu qeyd edə bilərəm ki, orada sülh sazişi layihəsi üzrə açıq qalan məsələlərin sayında azalma mövcuddur. Bir sıra maddələr üzrə pozitiv inkişaf müşahidə edilməkdədir".

XİN başçısı vurğulayıb ki, Azərbaycan sülh prosesinə sadiqdir: “Biz tərəfimizdən növbəti lazımi addımları atmağa hazırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam