Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

İspaniya İsrailə qarşı bu işə qoşulacaq -RƏSMİ AÇIQLAMA

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares

İspaniya Cənubi Afrika Respublikasının (CAR) İsraili soyqırımında ittiham edən Beynəlxalq Ədalət Məhkəməsindəki işinə qoşulacaq.

Yenixeber.org: Bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.

"Qərarı Qəzzada davam edən hərbi əməliyyata görə qəbul edirik. Biz Qəzzaya və Yaxın Şərqə sülhün qayıtmasını istəyirik və bunun baş verməsi üçün hamımız məhkəməni dəstəkləməliyik", - ispaniyalı nazir vurğulayıb.

Xatırladaq ki, CAR ötən ilin sonunda Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı iddia qaldırıb. O, İsrailin Qəzzaya hərbi hücumunda soyqırımı konvensiyasını pozduğunu iddia edir.

Bir neçə gün əvvəl Məhkəmə İsrailə Qəzzanın cənubundakı Rəfah şəhərinə hərbi hücumunu dərhal dayandırmaqla bağlı qərar çıxarsa da, lakin bütövlükdə Qəzzada atəşkəslə bağlı qərar verməyib və İsrail Rəfahla bağlı qərara əməl etməyib.

İsrail oktyabrın 7-də HAMAS-ın ölkənin cənubuna gözlənilməz ölümcül hücumlardan sonra Qəzzada başlatdığı hərbi əməliyyatda soyqırımı törətdiyini inkar edir.

Qeyd edək ki, Meksika, Kolumbiya, Nikaraqua, Liviya və Fələstin Haaqa məhkəməsinin onların da İsrailə qarşı işə qoşulma tələblərinə razılıq verilməsini gözləyir.(Associated Press)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam