Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

İranın mühacir müxalifəti siyasi fəalların qorunmasına çağırış edib

ABŞ, Avstraliya, Böyük Britaniya, Kanada və Avropa İttifaqındakı İran hakimiyyətinə müxalif olan 25 siyasi təşkilatı və qrup birgə bəyanat yayaraq həmin ölkələrin rəhbərliyini siyasi, ictimai fəallarının təhlükəsizliyinin İslam Respublikasının hücum və təhdidlərindən qorumaq üçün qəti tədbirlər görməyə çağırıblar.

Yenixeber.org: Məlumata görə, ABŞ-ın Merilend ştatında İranın helikopter qəzasında ölmüş prezidenti İbrahim Rəisinin ölümü şərəfinə mərasimin keçirilməsinə etiraz edənlər ölümlə hədələnib. Həmin mərasim ABŞ-ın Merilend ştatında Vaşinqton İslam Təhsili Mərkəzində keçirilib.

Bəyanatda bildirilib ki, Abbas (Navid) Bavi adlı başqa bir iranlı fəal Londonda İslam Respublikası tərəfdarlarının hücumuna məruz qalaraq onurğasından ağır zədə alıb.

Açıqlama müəllifləri qeyd edib ki, İslam Respublikası tərəfdarları tərəfindən idarə olunan “ictimai mərkəz” qarşısında iranlı müxaliflərin toplantısına hücum həyata keçirilib, nəticədə ən azı üç nəfər yaralanıb.

Bəyanatı imzalayan təşkilatlar və qruplar iranlı fəallara qarşı yönəlmiş zorakılıq və repressiyaların artması ilə bağlı dərin narahatlıqlarını ifadə edərək əlavə ediblər: “Bu insanlar azadlıq, insan haqları və ədalət uğrunda cəsarətlə mübarizə aparırlar, ancaq təzyiqlərə məruz qalır, daimi fiziki zorakılıqla üzləşirlər. Fəallara qarşı davamlı hücumlar təkcə fundamental insan haqlarını deyil, həm də azadlıq və demokratiyanın təməl dəyərlərini pozur”.(ir.voanews)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam