Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

“Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli film çəkiləcək

 

“Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli film çəkiləcək.

Yenixeber.org xəbər verir ki, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin icra etdiyi layihənin əsas məqsədi Ermənistanın işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosidin miqyasını göstərmək üçün faktlara söykənən və yüksək keyfiyyətli çəkilişlə müşayiət olunan sənədli film ərsəyə gətirməkdir.

Filmdə meşələrin yandırılması, flora və faunanın işğal dövründə məhv edilməsi tarixi faktlarla izləyiciyə təqdim olunacaq. Layihə zamanı BMT-nin dayanıqlı İnkişaf Məqsədləri, işğaldan azad olunmuş ərazilərdə bu məqsədlərə nail olunmasında mina təhlükəsinin ən böyük çətinlik olması vurğulanacaqdır. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurda basdırılmış minaların insanlarla yanaşı, ətraf aləmə olan mənfi təsirləri də qeyd ediləcək.

Artıq layihə çərçivəsində filmin yaradıcı heyəti ilə görüş keçirilib və filmin ssenarisi müzakirə edilib. Yaxın vaxtlarda Qarabağ və Şərqi Zəngəzurda filmin çəkilişlərinə başlanılması nəzərdə tutulub.

Sənədli filmin Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində geniş auditoriyaya təqdim olunması planlaşdırılır.

Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam