Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

Gələn aydan Gürcüstana sərnişin qatarı açılır? -İDDİA

 

Cari ilin iyulun 1-dən etibarən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətini bərpa edəcəyi iddia edilir.

Yenixeber.org-un məlumatına görə, bununla bağlı artıq hazırlıqlara başlandığı deyilir.

Bildirilir ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə müvafiq işlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, quru sərhədlərin açılması ilə bağlı qərar verilməyənə qədər bu istiqamətdə hər hansı bir iş görülə bilməz:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarından sonra bununla bağlı addımlar atıla bilər”.

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti 2020-ci ildən pandemiya ilə bağlı olaraq dayandırılıb.(ölke)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam