Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

Azərbaycanın NATO ilə tərəfdaşlığının perspektivləri müzakirə edilib-FOTO

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin üzvləri ilə görüşdə iştirak edib.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də iştirak etdiyi NATO Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin üzvləri ilə görüş başa çatıb. O, tərəfdaş ölkələrlə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri ilə bağlı səmərəli müzakirələr aparıb. Bundan başqa, Azərbaycanın regional əlaqə və enerji təhlükəsizliyində mühüm rolu, COP29 iqlim konfransına hazırlıq prosesi, iqlim və “yaşıl həmrəylik” gündəliyi, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəlilədilməsi prosesi kimi məsələlərə toxunulub”, - paylaşımda qeyd edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam