Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

Ermənistanda rəsmilərə Belarus qadağası...- FOTO

 

Ermənistanda Baş nazir Nikol Paşinyanın Administrasiyasının rəhbəri Arayik Arutyunyan yüksəkvəzifəli şəxslərə Belarusa rəsmi səfərləri istisna etməyi tapşırıb.

Yenixeber.org: Dövlət qurumlarının rəhbərlərinə və nazirlərə ünvanlanmış sərəncamın fotosu da dərc edilib.

Xatırladaq ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha Belarusa səfər etməyəcəyini bəyan edib. Bundan sonra isə Ermənistan Belarusdakı səfiri Razmik Xumaryanı məsləhətləşmələr üçün İrəvana çağırdığını açıqlayıb.

Belarus Xarici İşlər Nazirliyi isə açıqlamasında ölkənin Ermənistandakı səfiri Aleksandr Konyukun yaxın zamanlarda Minskə geri çağırılacağını bildirib.

Qeyd edilib ki, Belarus Ermənistanla münasibətləri pisləşdirmək niyyətində deyil.(Joxovurd)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam