Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

Ərdoğan iyulda 4 ölkəyə səfər edəcək

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulda Qazaxıstan, Azərbaycan, ABŞ və Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfər etməyi planlaşdırır.

Yenixeber.org xəbər verir ki, Türkiyə liderinin xarici səfərləri iyulun 3-4-də Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin keçiriləcəyi Astana şəhəri ilə başlayacaq.

Türkiyə Prezidenti daha sonra Azərbaycana səfər edəcək, burada Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin qeyri-rəsmi Zirvə toplantısının iştirakçıları ilə görüşlər keçirəcək.

Türkiyə liderinin iyulun 9-11-də NATO sammitinin keçiriləcəyi ABŞ-a səfəri də planlaşdırılır. Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüş də daxil olmaqla bir sıra təmasları nəzərdə tutulub.

Nəhayət, iyulun 20-də Prezident Ərdoğan Türk Silahlı Qüvvələrinin Kiprdəki sülhməramlı əməliyyatının 50-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərin keçiriləcəyi Lefkoşada olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam