Redaktor seçimi
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
Günün xəbəri

KTMT Ermənistandan cavab gözləyir

 

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bizim müttəfiqimiz olub və hələ də belədir. Bizim Ermənistan qarşısında bütün öhdəliklərimiz qalır”.

Yenixeber.org xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqanbetov təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Ermənistanın KTMT-yə üzvlüyü məsələsi bu ölkənin suveren hüququdur.

Baş katib vurğulayıb ki, KTMT Ermənistanın təşkilatdakı statusunu rəsmən aydınlaşdıracağına ümid edir.

Qeyd edək ki, sözügedən təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası bu ilin noyabrında Astanada keçiriləcək.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 13-ü parlamentdə çıxışı zamanı ölkəsinin KTMT-dən çıxacağını açıqlamışdı. O, təşkilatı tənqid edərək fəaliyyətsizlikdə ittiham etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam