Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Makron Putinlə danışıq aparmaq istəyir

 

Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə dialoqu davam etdirmək istəyir.

Yenixeber.org: "Mən dialoqun gücünə inanıram və Vladimir Putinlə dialoqu davam etdirərdim", - Makron vurğulayıb.

Fransa və Rusiya liderlərinin son aylarda ünsiyyətdə olub-olmaması ilə bağlı suala Makron belə cavab verib:

“Xeyr, amma istisna etmirəm ki, biz bu və ya digər mövzuda, o cümlədən atom elektrik stansiyaları və ya digər mövzularda söhbət edəcəyik”.

Rusiya Ukraynada müharibəyə başlayandan bəri Makron Putinlə ən azı 14 dəfə telefonla əlaqə saxlayıb.

Fransa prezidentinin sözlərinə görə, 2021-ci ilin dekabrından onun Rusiya prezidenti ilə “yüz saatlıq” söhbəti olub.

Sonuncu dəfə iki dövlət başçısı telefonla 2022-ci ilin sentyabrında danışıb.

2023-cü ilin dekabrında Putin deyib ki, Makron özü “yaxşı münasibətləri” bitirib və Fransa prezidentinin təşəbbüsü ilə onunla dialoq dayandırılıb. Rusiya lideri vurğulayıb ki, Paris dialoqa maraq göstərərsə, Moskva dialoqu bərpa etməyə hazırdır.

Fransa prezidenti istehza ilə cavab verib ki, “telefon nömrəsini dəyişməmişəm”.(Generation Do It Yourself)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam