Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Ərdoğan Nazirlər Kabinetinin təcili iclasını çağırdı -SƏBƏB

 

Bu gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Yenixeber.org xəbər verir ki, toplantının əsas gündəmi İsrailin Fələstində həyata keçirdiyi hücumlar olacaq.

Bu, Türkiyə Nazirlər Kabinetinin 3 həftəlik fasilədən sonra yenidən sıx gündəmlə bağlı toplantsı olacaq.

“Hürriyet” xəbər verir ki, Türkiyə Yaxın Şərqdəki prosesləri diqqətlə izləyir. HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyənin öldürülməsi, Tehranın Təl-Əvivə mümkün cavabı və İsrailin Livana hücumlarından sonra bölgədə gərginlik daha da artıb.

Nazirlər Kabinetinin iclasında İsrailin baş naziri Benyamin Netanyahunun bölgədə gərginliyi yaymaq cəhdlərinə qarşı izləniləcək yol xəritəsi müzakirə olunacaq. Qəzza zolağında hücumları davam etdirən İsrailə beynəlxalq təzyiqləri artırmaq və fələstinlilərə təcili humanitar yardım göstərmək üçün atılacaq addımlar müzakirə olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam