Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Bakıda külək güclənib, bəzi rayonlara yağış yağıb -FAKTİKİ HAVA

Avqustun 8-i saat 8:30-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Yenixeber.org: Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Qaxda 21 mm, Gədəbəydə 12 mm, Şəkidə 9 mm, Daşkəsən, Göygöldə 6 mm, Tərtər, Gəncə, Ağdam, Şəmkir, Qrız, Şahdağ, Bərdə, Goranboy, Naftalanda 2 mm-dək olub.

Əvvəlcədən verildiyi kimi, şimal-qərb küləyi arabir narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 25 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Tərtərdə 20 m/s-dək güclənib.

Neft daşları stansıyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Qrız, Şahdağda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR və Aran rayonlarında 39, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam