Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Hüseyn Abdullayev həbsxanada infarkt keçirib

Hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayev həbsxanada infarkt keçirib.

Yenixeber.org: Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb.

Onun sözlərinə görə, uzun zamandır ki, ağrılardan əziyyət çəkən Hüseyn Abdullayev bir neçə gün əvvəl infarkt keçirib.

Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva hazırda vəziyyəti pis olan övladının Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istədiklərini deyib: “Hüseyn xeyli vaxtdır boğulmalardan, ürək ağrılarından şikayət edirdi. Nəhayət bir neçə gün əvvəl onun ağır nəticəsi oldu. Diaqnoza görə Hüseyn infarkt keçirib. İndi isə heç olmasa onu ölümdən xilas etmək üçün müalicə müəssisəsinə köçürsünlər. Oğlumun vəziyyəti çox ağırdır, acınacaqlıdır. Bir ana kimi mən buna dözə bilmirəm. Hüseyn təcili müalicə müəssisəsinə köçürülməlidir”.(gununsesi.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam