Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

“BakıKart”ın tətbiqi niyə işləmir? -Açıqlama

Sosial şəbəkələrdə “BakıKart” tətbiqində problemlərin yaranması ilə bağlı məlumat yayılıb. 

Yenixeber.org xəbər verir ki, sərnişinlər texniki nasazlıq səbəbindən bir neçə gündür tətbiqdən istifadə edə bilmədiklərini yazırlar. Onların sözlərinə görə, daha əvvəl də tətbiqdə ödəniş zamanı donmaların olması, izləmə sisteminin işləməməsi halları yaşansa da, hazırda tətbiqin fəaliyyəti tamamilə dayanıb. 

Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, yaranmış texniki problemin aradan qaldırılması ilə əlaqədar iş aparılır: “BakıKart” tətbiqində yaranan müvəqqəti texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə ilə bağlı çətinliklə qarşılaşır. Hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam