Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Bakının 3 rayonunda qaz olmayacaq

 

Bu gün Bakının Xəzər, Nəsimi və Binəqədi rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Xəzər rayonunun Mərdəkan qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Nəsimi rayonunda yol təmiri ilə bağlı qaz xəttinin birləşmə olunaraq tıxaclanması, Binəqədi rayonunun Binəqədi qəsəbəsində tənzimləyicinin mövcud şəbəkəyə qoşulması və siyirtmələrin quraşdırılması məqsədi ilə avqustun 13-də saat 10:00-dən etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonu üzrə Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsinin, Nəsimi rayonu üzrə S.Əsgərova, S.Vurğun, S.Rüstəm, R.Rza, Ə.Topçubaşov küçələrinin, Binəqədi rayonu üzrə isə Binəqədi qəsəbəsinin bir hissəsinin, Binəqədi kəndinin, 1,2,3-cü Mədən ərazisinin, Gülüstan küçəsi 1-15 dalanların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam