Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Kılıçdaroğlu və Özdağı məhkəməyə verəcəyini açıqladı

 

Türkiyədə müxalif İYİ Partiyasının qurucusu və keçmiş sədri Meral Akşener müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Kemal Kılıçdaroğlunu və Zəfər Partiyasının rəhbəri Ümit Özdağı məhkəməyə verəcəyini açıqlayıb.

Yenixeber.org xəbər verir ki, Akşener Kılıçdaroğlunun onun şərəf və ləyaqətinə xələl gətirdiyini deyib.

Belə ki, bir neçə gün əvvəl K.Kılıçdaroğlu yerli mediaya açıqlamasında M.Akşenerin prezident seçkilərindən əvvəl müxalifətin koalisiyası olan “6-lı masa”nı tərk etməsinin, daha sonra isə geri qayıtmasının siyasi cəhətdən əxlaqlı addım olmadığını deyib. CHP-nin sabiq lideri Akşenerin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşünü isə müxalifətə xəyanət adlandırıb.

M.Akşener bu sözlərinə görə Kılıçdaroğlu barəsində məhkəmədə iddia qaldıracağını və bu məqsədlə sənədləri topladığını bildirib. O, oxşar iddia ilə Ümit Özdağı da məhkəməyə verəcəyini əlavə edib.(CNN Türk)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam