Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb-FOTOLAR

 

73 saylı Masallı-Cəlilabad seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, VHP sədrinin birinci müavini, Fəzail İbrahimli təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Göytəpə şəhərində keçirib.

Yenixeber.org xəbər verir ki Tədbirdə iştirak edən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı F.İbrahimli haqqında öz fikirlərini bildirib. Fəzail bəyin ziyalı, alim kimi üstünlüklərini bildirən xalq şairi onun millət vəkili kimi hər zaman ədalətlilik və xalqın mənafeyindən çıxış etdiyini deyib.

Daha sonra F.İbrahimli bu gün dünyada xüsusi mövqe qazanan Azərbaycanın parlamentinin qarşısında daha böyük və məsuliyyətli vəzifələr durduğunu qeyd edib. O, çıxışında öz platforması ilə seçiciləri tanış edib və görəcəyi işlərlə bağlı seçiciləri məlumatlandırıb. Görüş zamanı seçiciləri narahat edən problemləri dinləyən Fəzail İbrahimli, ona etimad göstəriləcəyi təqdirdə onları narahat edən problemləri adiyyatı təşkilatların qarşısında qaldıracağını bildirdi.
Tədbirdə çıxış edən seçicilərdən Mircəfərova Şəhla, Hacıyevin Mirabdulla, Cəfərov Gülhüseyn 1 sentyabr 2024-ci il parlament seçkilərində Fəzail İbrahimliyə səs verəcəklərini bildirmişlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam