Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Sabiq baş nazirin diplomatik pasportu ləğv edilib

 

Banqladeşin müvəqqəti hökuməti sabiq baş nazir Şeyx Hasinanın diplomatik pasportunu ləğv etmək qərarına gəlib

Yenixeber.org xəbər verir ki, bu barədə “The Hindu” qəzeti Banqladeş Daxili İşlər Nazirliyinin bəyanatına istinadla məlumat yayıb.

Bildirilir ki, Şeyx Hasinanın, eləcə də onun “Avami liqası” partiyasından olan keçmiş parlament üzvlərinin diplomatik pasportlarının ləğvi ilə bağlı rəsmi sərəncam “tezliklə” dərc olunacaq. Beləliklə, sabiq baş nazirin istefa verdiyi gün Hindistana gedərkən istifadə etdiyi sənəd qüvvəsini itirəcək.

 

Banqladeş Daxili İşlər Nazirliyinin təhlükəsizlik xidməti bu qərarı “bütün maraqlı tərəflərlə məsləhətləşdikdən sonra qəbul edib və artıq ölkənin bütün miqrasiya xidmətlərini bununla bağlı məlumatlandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam