Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

8 yaşlı Narinin dəfnindəki gəlinlik müzakirə yaratdı-FOTOLAR

 

Türkiyə gündəmini zəbt edən 8 yaşlı Narin Güranın dəfni müzakirə yaradıb.

Yenixeber.org xəbər verir ki, buna səbəb dəfn zamanı onun tabutunun üzərinə gəlinlik qoyulması olub.

Sosial şəbəkə izləyiciləri və məşhurlar azyaşlı üçün rəmzi olaraq gəlinlik deyil, məktəbli forması, kitab və ya oyuncağın daha uyğun olduğunu bildiriblər.

Aktrisa Bergüzar Korel instaqram hesabında bu sözləri yazıb: “Məktəbli forması və ya oyuncaq yerinə niyə gəlinlik?! 8 yaşlı günahsız uşağın tabutuna gəlinlik qoymaq əngəl olmaq istədiyimiz mentalitetin özüdür”.

Bu məsələyə səssiz qalmayan daha bir aktrisa isə Ezgi Mola olub: “Tabutun üstünə oyuncaq, məktəbli forması qoymalı idilər. Balaca bir uşağı gəlin kimi görmələrini rəzalət hesab edirəm”.

Qeyd edək ki, 19 gün axtarışları davam edən Narinin meyiti kisəyə qoyulmuş vəziyyətdə sentyabrın 8-i yaşadığı Tavşantəpə kəndi ərazisində tapılıb. Hadisə ilə bağlı onun valideynləri, qardaşı və Tavşantəpə kəndinin muxtarı olan əmisi Sami Güran saxlanılıb. Daha sonradan atası sərbəst buraxılıb.

Məsələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verərək qatilin ən ağır şəkildə cəzalandırılacağını bəyan edib.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam