ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlardan sonra Rusiyaya səfər edə bilərlər.
Yenixeberorg.az: Bu barədə “Reuters“ agentliyi ABŞ rəsmilərindən birinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, amerikalı nümayəndələrin Rusiya rəhbərliyi ilə görüş keçirməsi ehtimalı var.
“ABŞ nümayəndələri Əbu-Dabidəki danışıqlardan sonra Rusiyada Prezident Vladimir Putinlə görüşə bilərlər”, – mənbə bildirib.
Mümkün səfərin tarixi və görüşün gündəliyi barədə əlavə məlumat verilməyib.









AZ
RU
